"Qarabağ ordusunu buraxsınlar, silahlarını Azərbaycana təhvil versinlər, amma Ermənistana gəlib "Dağlıq Qarabağ Milli Məclisi"nin sessiyasını keçirsinlər? Bu, qəbuledilməzdir".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Gevorq Papoyan deyib.

Onun sözlərinə görə, müharibəni dayandıran kapitulyasiya aktını keçmiş liderlər imzalayıb: "Artsaxın kapitulyasiya müqaviləsini Şahramanyan yox, Robert Köçəryan və Serj Sarkisyan imzalayıb".

Ağarza Elçinoğlu