Quba rayonunun Xucbala kəndində yerləşən təsərrüfatda iri buynuzlu heyvanlar tələf olub.
"Unikal"ın məlumatina görə, Elnur Mirzəyevə məxsus təsərrüfatda olan 3 baş inək gecə naməlum səbəbdən ölüb.
Təsərrüfat sahibi bildirib ki, axşam həmişə olduğu kimi heyvanlara qulluq edib, işığı söndürüb və qapını bağlayıb:
"Səhər tövləyə gələndə heyvanları ölmüş vəziyyətdə gördüm. Səbəbin isə bilmirəm. Heyvanların cəsədlərinə baxış keçirməyə mütəxəsislər çağırmışam. Gecə tövlədə elektrik cərəyanıda olmayıb.Həmin ölən iribuynuzlu heyvanlar Dövlət Məşğulluq Xidməti tərəfindən 3 il öncə mənə verilib".
Qeyd edək ki, əraziyə Dövlət Baytarlıq Xidmətinin əməkdaşıları gəlib, heyvanlardan nümunələr götürülüb. İlkin ehtimal olaraq, iribuynuzlu heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu bildirilir.
Xanlar Qaraca