İran da, İsrail də Fələstinin müstəqilliyinə inanmır.

"Unikal" xəbər verir ki, bu barədə Dohada keçirilən beynəlxalq forumda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

"İran və İsrailin paylaşdığı yeganə şey hər ikisinin iki dövlət formatına inanmamasıdır", - Abdullahiyan deyib. 

Konfrans zamanı nazir İranın Fələstinin taleyinin həlli üçün referendum keçirilməsi təklifini təkrarlayıb. Ölkələrin əksəriyyəti açıq şəkildə İsrailin yanında Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. İsrailin siyasətini tənqid edənlər deyirlər ki, onun hərəkətləri bunu qeyri-mümkün etmək üçün qurulub.

Ağarza Elçinoğlu