Böyük Britaniya və Norveç Qara dənizdə Ukraynanın müdafiəsini gücləndirmək üçün dəniz dəhlizi yaradıblar. 

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Yeni koalisiya Qara dənizdə təhlükəsizliyi gücləndirmək üçün Ukraynaya uzunmüddətli dəstək, o cümlədən təlim, avadanlıq və infrastruktur təmin edəcək.

Qeyd olunur ki, yeni dəniz çərçivəsində dəstək uzunmüddətli olacaq və Kiyevə dəniz qüvvələrini transformasiya etməyə, onları Qərb müttəfiqləri ilə daha uyğunlaşdırmağa kömək edəcək.

Ağarza Elçinoğlu