Los-Ancelesdə (ABŞ) 81-ci “Qızıl Qlobus” mükafatına namizədlərin siyahısı açıqlanıb.

"Unikal" xəbər verir ki, siyahıda liderlər “Barbi” və “Oppenheymer” olub.

Kristofer Nolanın bioqrafiyası dram, Qreta Qerviqin filmi komediya/musiqili komediya kimi təsnif edilib. Hər iki müəllif əlavə olaraq rejissorluq və ssenari üzrə namizəd olublar. Əsas mükafatlara “Çiçək Ayın Qatilləri” (Killers of the Flower Moon), “Bədbəxtlər” (Poor Things), “Tərk edilmişlər” (The Leftovers) və s. namizəd göstəriliblər. 

Bu il “Qlobus” təşkilatçıları hər kateqoriya üzrə nominantların sayını altıya çatdırıblar və həmçinin iki yeni nominasiya əlavə ediblər.

Təqdimat yanvarın 7-dən 8-nə keçən gecə baş tutacaq.