Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

"Unikal" xəbər verir ki, Prezidentin köməkçiləri - Hikmət Hacıyev, Natiq Əmirov, Ədalət Vəliyev, Şahmar Mövsümov, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Prezidentin köməkçiləri və nazirlər Heydər Əliyevin xatirəsini yad ediblər - FOTOLAR