Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

"Unikal" xəbər verir ki, şəxsi heyət dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.