Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri sərhəddə yerləşən Belqorod vilayəti üzərində Ukraynaya məxsus “Toçka-U” raketini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

"Bu gün Moskva vaxtı ilə saat 05:00-də Kiyev rejiminin "Toçka-U" raketindən istifadə etməklə Rusiya ərazisindəki obyektlərə terror hücumu etmək cəhdinin qarşısı alınıb. Ukrayna raketi məhv edilib", - deyə Rusiya müdafiə nazirliyi açıqlayıb. 

Fidan Camal