Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyi onun Fəxri xiyabandakı məzarını ziyarət edib.

"Unikal" xəbər verir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin digər əməkdaşları suveren Azərbaycan dövlətinin qurucusu və memarı, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu öndərin məzarı üzərinə tər çiçəklər düzüb, onun ruhu qarşısında baş əyiblər.