“Arayik Arutunyan, Ruben Vardanyan və digərlərinin cinayət işi üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir”.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. 

Onun sözlərinə görə, Azərbaycan xalqı bu istintaqın gedişatı barədə tam məlumatlandırılacaq: “Vahid istintaq-əməliyyat qrupu yaradılıb. Beynəlxalq konvensiya və qanunvericiləyə uyğun istintaq aparılır. Azərbaycan xalqının haqqı var ki, istintaqın nəticəsi barədə məlumatlı olsun”.

Anar Kəlbiyev