ABŞ prezidenti Co Bayden yəhudilərin Hanukka bayramı münasibətilə Ağ Evdə təşkil edilən qəbulda İsrailə hərbi dəstəyin davam edəcəyini bildirib. 

"Unikal" xəbər verir ki, bu  barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Bayden çıxışında İsrailin Fələstinə hücumları səbəbindən ABŞ-də artan antisemitizmi pisləyib:

"HƏMAS-dan xilas olana qədər İsrailə hərbi dəstək verməyə davam edəcəyik. Ancaq çox diqqətli olmalıyıq. Bütün dünyanın fikri bir gecədə dəyişə bilər. Bunun olmasına icazə verə bilmərik".