"Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimov barəsində Nərimanov Rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 182.2 maddəsi üzrə ("hədə-qorxu ilə pul tələb etmə") təqsirli bilinib.
"Unikal" xəbər verir ki, Teymur Kərimov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
*** 13:04
"Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayətlər əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb.
İstintaq hərəkətləri aparılır.