Avtomobil qoyun sürüsünə çırpılıb, heyvanlar tələf olub.

"Unikal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun, Qax rayon Qoragan kəndi ərazisindən kecən hissəsində qeydə alınıb.

Qax şəhər sakini Xasıyev Samir Valeh oglu idarə etdiyi "OPEL" markalı minik avtomobili həmin ərazidə yolun əks tərəfinə keçən qoyun sürüsünü vurub. Nəticədə yeddi baş xırdabuynuzlu heyvan tələf olub.

Faktla baglı araşdırma aparıllr.

Seymur Əli