Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

*** 14:47

Paytaxtın Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın səbəbindən 28 May küçəsində, eləcə də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan yolda sıxlıq yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

"Sürücülərdən nəzərə almaları xahiş edilir", NİİM-dən bildirilib.

*** 14:10

Bakının mərkəzində yaşayış binasında yanğın qeydə alınıb.

"Unikal" xəbər verir ki, yanğın 28 May küçəsində yerləşən yaşayış binasının mənzilində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.