AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının əməkdaşları 4-8 dekabr 2023-cü il tarixlərində Rusiya federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərində keçirilən VII beynəlxalq “Lokal olmayan sərhəd məsələləri və riyazi-biologiya, informatika və fizikanın əlaqəli problemləri” adlı konfransda iştrak ediblər.

"Unikal" xəbər verir ki, diferensial tənliklər, xüsusən də kəsr tərtib diferensial tənliklər sahəsində tanınmış alim, professor A.M.Naxuşovun 85 illiyinə həsr olunan konfrans Rusiyanın  Nalçik Tətbiqi Riyaziyyat və Avtomatlaşdırma İnstitutu, Çərkəziyanın Beynəlxalq Elmlər Akademiyası, Kabardin-Balkar Respublikası Dövlət universiteti, Rusiyanın Novosibr Riyaziyyat mərkəzi, Özbəkistanın  Romanov adına Daşkənd Riyaziyyat İnstitutu və Riyaziyyat və Azərbaycanın Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda K.Ayda-zadə, Y.Əşrəfova "Mürəkkəb strukturlu rəqs sistemində mənbələrin parametrlərinin təyin edilməsi üçün tərs məsələ",  M.Mərdanov, A.Rəhimov "Xüsusi tip mənbənin parametrlərinin bərpa edilməsi üçün tərs məsələlərin həllinə yanaşma", V.Abdullayev, V.Həşimov "Parabolik tənlik üçün yükləmə nöqtələrinin optimal idarə edilməsi məsələsi" və E.Providas, I.Parasidis, S.Quliyev "Əks-əlaqə ilə idarəetmədə dinamik obyektin cari və gecikmə anlarındakı vəziyyətlərinin nəzərə alınması" mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr maraqla qarşılanıb, mövzu ətrafında müxtəlif suallar cavablandırılıb.