Zaqatalada çaqqal kənd sakinlərinə hücum edib.
"Unikal" xəbər verir ki, hadisə ötən gün Zaqatala rayonunun Muxax kəndində baş verib. Belə ki, vəhşi heyvan səhər məktəbə gedən şagird və valideyinlərə kənd sakinləri 1993-cü il təvəllüdlü Tahirova Dilrubə Bayram qızı,1988-ci il təvəllüdlü Rəcəbova Fatimə Zahid qızı, 2012-ci il təvəllüdlü Mahmudova Məryəm Çingiz qızı ,1986-cı il təvəllüdlü Ömərova Leyla Şaban qızı və 2012-ci il təvəllüdlü Gəncəliyev Röyal Rövşən oğluna hücum edərək onları dişləyib. Həmin şəxslər Zaqatala Rayon Mərkəzi xəstəxanasına aparılıb, lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd olunub və amblator müalicə üçün evə buraxılıblar.
Seymur Əli