Ermənistan Müdafiə Nazirliyinin 2 zabiti bıçaqlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, 8 nəfərin iştirakı ilə baş verən hadisədə vətəndaş borc verdiyi hərbçiləri bıçaqlayıb. Nəticədə zabiti Gevorq Marqaryan və baş leytenant Davit Sayadyan ağır bədən xəsarətləri alıblar. Sadayan xəstəxanaya çatdırıldıqdan az sonra ölüb. 

Ermənistan MN baş vermiş qətl hadisəsini təsdiqləyib. 

Ağarza Elçinoğlu