Finlandiya hökuməti bu həftə Rusiya ilə sərhəddə böyük keçid məntəqələrini açmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə yerli "İlta-Sanomat" qəzeti mənbələrə istinadən məlumat yayıb. 

"Hökumət Finlandiyanın cənub-şərqində, Vaalimaa, Nuyamaa və İmatrada nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı qərar qəbul etmək niyyətindədir", - deyə qeyd olunub.

Noyabrın 30-da Finlandiya hakimiyyəti Suriya, Hindistan, Mərakeşdən ümumilikdə 30-dan çox millətdən olan qaçqınların nəzarətsiz axını səbəbindən Rusiya ilə sərhəddəki bütün avtomobil keçid məntəqələrini bağlayıb.

Ağarza Elçinoğlu