İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Doha Assosiasiyasının iclasında “Əl-Əqsa tufanı” əməliyyatına toxunaraq, bəzi maraqlı məqamlar açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 

“HƏMAS milli azadlıq hərəkatıdır və biz onların mübarizəsindən xəbərdarıq. Biz “sionist rejim”lə mübarizəni dəstəkləyirik. İsmayıl Haniyə (HƏMAS-ın Siyasi Bürosunun rəhbəri) mənə bildirdi ki, HƏMAS hələ bir neçə il müharibəni davam etdirmək qabiliyyətinə malikdir”, - Abdullahiyan deyib.