Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib.

Bu barədə "Unikal"a Agentlikdən məlumat verilib.

"Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub", - məlumatda deyilir.