Yekaterina Duntsova 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində Rusiya Federasiyasının hazırkı lideri Vladimir Putinin mümkün rəqibləri sırasındadır.

"Unikal" xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. 

İxtisasca jurnalist olan 40 yaşlı qadın siyasi arenada təcrübəsi olmamasına baxmayaraq, Putinə meydan oxumaq niyyətindədir.

Bununla belə, bir sıra analitiklər hesab edir ki, onun rəsmi olaraq namizəd kimi qeydiyyatdan keçmək şansı azdır. Duntsova namizədliyini noyabrın 16-da elan edib. 

Ağarza Elçinoğlu