Ötən gün anası tərəfindən taksidə qoyulan körpə, sığınacaqdan körpələr evinə təhvil verilib.

"Unikal" xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə məlumat verib.

Araşdırmalarla məlum olub ki,körpəni aylar əvvəl uşaq evinə yerləşdirmək üçün müraciət olunub. Ana uşağını körpələr evinə təhvil verməyə gedərkən yolda fikrini dəyişib və körpələr evinə qoymayıb. Daha sonra taksiyə minib. Yenidən fikrini dəyişən ana övladını taksidə qoyaraq gedib.