Braziliyada 21 yaşlı futbolçu Kayo Henrike de Lima Gonçalves União Jairense və Unidos arasında oyun zamanı ildırım vurması nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, faciə Santo Antonio da Platina şəhərində keçirilən həvəskarlar üzrə regional kubokun birinci tur matçında baş verib. Bələdiyyə idman idarəsinin rəisi Markova Novelli Ferreyranın sözlərinə görə, gün ərzində rayonda yağış yağıb. İldırım vurmasından sonra daha 6 nəfər yaralanıb, onların hamısı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yerli xəstəxanaya yerləşdirilib.

"Uniao Jairense" - "Unidos" oyunu insident səbəbindən erkən dayandırılıb.