Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu Qalağayın kəndi ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən ticarət obyektlərində yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə yerinə Sabirabad və Saatlı rayon yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən texnikaları və canlı qüvvə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.