Rusiya hərbçilərinin Kiyevə raket hücumu zamanı yaşayış binalarına ciddi ziyan dəyib. Dağıntıların düşməsi nəticəsində 53 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə  Kiyev meri Vitali Kliçko "Telegram"da məlumat verib.

"Rusiyanın gecə hücumu nəticəsində ümumilikdə 53 nəfər yaralanıb. Onlardan ikisi uşaq olmaqla 20 nəfər xəstəxanaya yerləşdirilib. 33 yaralıya həkimlər yerindəcə tibbi yardım göstəriblər. O cümlədən, 6 uşağa da tibbi yardım göstərilib".  

Gülayə Mecid