Abşeronda qadının qətlə yetirilməsi faktı üzrə cinayət işi başlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, dekabrın 12-si saat 20 radələrində Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində kəsici-deşici alətlə Arzu Rəhimovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Eynulla Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu qadının tanışı olub.