Xaçmazın Tel kəndində küçələri və evlərin həyətini su basıb.
"Unikal"ın məlumatına görə, bir neçə gündür güclü yağışın yağması nəticəsində suyun səviyyəsi getdikcə artır və evlərə dolmaq təhlükəsi var.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Nabran inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəzakət İskəndərova "Unikal"ın yerli bürosuna bildirib ki, sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün əraziyə müvafiq dövlət qurumlarının texnikası və canlı qüvvəsi cəlb olunub:
“Bir neçə gündür dayanmadan güclü yağış yağır. Kəndin həmin hissəsindən yeni asfalt yol çəkilib. Yağış nəticəsində yaranan sel suları yolun aşağısına axmadığından toplanaraq ərazini basıb. İndi həmin əraziyə texnika göndərmişik. Sel sularının qarşısı açılacaq. Ərazidə toplanan su da axıb gedəcək”.
Xanlar Qaraca