Dekabrın 13-də Ukrayna prezidenti Volodimir Zelenski gözlənilməz səfərlə Norveçin paytaxtı Osloya gedib.

"Unikal" xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Zelenski və Norveçin baş naziri Jonas Harom Stere müxtəlif mövzuları, o cümlədən Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün görüş keçirəcəklər.

Zelenski həmçinin bu gün Osloda keçiriləcək Skandinaviya ölkələrinin sammitində iştirak edəcək. 

Ağarza Elçinoğlu