"Rusiyanın unikallığı ondan ibarətdir ki, bizim ölkə tarixən heç vaxt nə müstəmləkəçi, nə də müstəmləkə olmayıb".

"Unikal" xəbər verir  ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

Onun sözlərinə görə,  bu və ya digər şəkildə bir çox müasir, gənc və ya qədim tarixə malik dövlətlər var. 

"Ya onlar bu qruplardan birinə düşdülər: ya özləri müstəmləkəçi, ya müstəmləkə, ya da yarımmüstəmləkə olublar ”, - Zaxarova qeyd edib.

Zaxarovanın fikrincə, Rusiyanı unikal edən də budur. O, əlavə edib ki, bu,  Rusiya Federasiyasının bu gün qoruduğu dəyərlər və ənənələr haqqındadır.  

"Rusiyanın müxtəlif sərhədləri var idi, Rusiyanın fərqli adları var idi, Rusiyanın fərqli siyasi sistemləri var idi, lakin Rusiya həmişə aldığından daha çoxunu verdi",-  diplomat yekunda deyib. 

Gülayə Mecid