Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda 20-dən çox polis əməkdaşının öldüyü hücumla bağlı bu ölkəyə başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN öz “X” hesabında paylaşım edib.

“Pakistanda 23 əsgərin həlak olması ilə nəticələnən dəhşətli terror aktı ilə bağlı xəbər bizi dərindən sarsıdıb və kədərləndirib. Qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı veririk və həmrəyliyimizi ifadə edirik. Biz terrorizmin bütün formalarını kəskin şəkildə pisləyirik”, - deyə məlumatda qeyd olunub.