Xəbər verdiyimiz kimi, bu gün Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində hərbi əsirlərin mübadiləsi prosesi baş tutacaq. 

"Unikal" xəbər verir ki, bunun fonunda Ermənistan mətbuatı Milli Assambleyanın spikeri Alen Simonyanın 2021-ci ildə erməni əsirlərlə bağlı fikirlərini yenidən dərc edib. 

Belə ki, parlamentari iki il əvvəl jurnalistlərə verdiyi açıqlamasında, "Mənim üçün məhbuslar yoxdur, onlar fərarilərdir", - deyib. Onun bu çıxışı Ermənistanda birmənalı qarşılanmayıb, hərbi əsirlərin ailələri tərəfindən tənqid edilib.  

Görünən odur ki, bu zaman ərzində Ermənistan nümayəndəsinin fikirləri tamamilə dəyişib. Ötən günlərdə yenidən jurnalistlərə müsahibə verən Simonyan "Mən məhbusların qayıtmasını səbirsizliklə gözləyirəm", - deyib. 

Bir sıra media qurumları və  jurnalistlər ölkə spikerini ikiüzlülükdə ittiham edib.  

Gülayə Mecid