Məlumdur ki, günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Ona görə yayda xəstəliklərin sayı azalır.

"Unikal" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

G.İsmayılovanın sözlərinə görə, soyuq havalara viruslar daha çox davamlı olduqlarından payız, qış fəsillərində virus və kəskin respirator xəstəliklərinin sayı artır.

“Bundan başqa soyuq hava şəraitində insanın immun sistemi zəifləyir. İmmun sisteminin zəifləməsi səbəblərindən biri də qışda insanların meyvə-tərəvəzdən daha az istifadə etməkləridir”,- deyə o əlavə edib.

Terapevt bildirib ki, xəstəlikdən qorunmaq üçün isə, gigiyena və geyim qaydalarına düzgün əməl edilməli və qidalanmaya ciddi riayət olunmalıdır.