Dekabrın 12-də Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Sünik rayonunda əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Korrupsiyaya qarşı mübarizə komitəsinin əməkdaşları Daxili İşlər Nazirliyi polisinin Qoris şöbəsinin rəisi Muşeq Gevorqyan və Qafan şöbəsinin rəis müavini Vaqarşak Qinosyanı tutaraq İrəvana aparıblar.

Onların niyə həbs edilərək İrəvana aparıldığı ilə bağlı təfərrüatlar ilkin istintaqın maraqları səbəbindən açıqlanmır", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu