Qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok 2023-cü ilin nəticələrinə yekun vurub və Azərbaycanın ən diqqət çəkən videolarının, tanınmış yaradıcılarının və əsas hitlərinin siyahısını hazırlayıb.
"Unikal" əsas hitlərin siyahısını təqdim edir:
Azərbaycanda məşhur videolar
@dadlidir.az - kartof çubuqlarının inanılmaz dadlı resepti
@anarabdayev - Azərbaycandan olan istedadlı gənc rəssamdan Cristiano Ronaldonun portreti
@husu_handmade - öz əllərinizlə dəbli çantanın hazırlanması
@nugzarkvirtiya - yıxılarkən xərbə endirməklə bağlı futbol dərsi (velosiped zərbəsi)
@arzu.ja - qarderob dizaynı və zövqlü həsir çantaların seçimi
TikTok vasitəsilə aktiv inkişaf edən azərbaycanlı sahibkarlar
@stylist_mehseti_official - peşəkar stilist müştəriləri üçün hər zövqə uyğun estetik obrazlar və saç düzümləri yaradır
@toxucu_xanim_ - əl işi rahat trikotaj beşiklərin və körpələr üçün paltarların müəllifidir
@merci_baku2011 - Bakı restoranı TikTok-da menyu elementlərini kreativ şəkildə ortaya qoyur və müəssisənin ab-havasını nümayiş etdirir, yeni qonaqları cəlb edir.
@artvarium.az - akvarium mağazası evinizdə hansı gözəl sualtı sakinlərin yaşaya biləcəyini göstərir
@anar.9400 - velosiped hissələri mağazası TikTok-da qulluq və təmir üçün tövsiyələr paylaşır
TikTok-da öyrən - Azərbaycanın ən maraqlı maarifləndirici videoları
@ana_dilimde_danis_- Azərbaycan dili müəllimi tələffüzü yaxşılaşdırmağa kömək edəcək məşqlərdən danışır
@azadla.ispanca - İspan mahnıları ilə İspan dili dərsi
@dilarakazim - Azərbaycanın məşhur müğənnisi və Eurovision 2014 Mahnı Müsabiqəsindəki təmsilçisi Dilarə Kazımovanın kitab tövsiyəsi
@blackboxpro - ədəbi seçim: oxumaq üçün tövsiyə olunan 5 elmi populyar kitab
@azerbaycanvedunyatebiet - odda dadlı qabırğa necə bişirilir
Azərbaycanda istifadəçilərin ən çox dinlədiyi musiqi parçaları aşağıdakılardır:
Ravi İncigöz - Maşallah
Röya - Bahar
Semicenk & Doğu Swag - Pişman Değilim
Miro - Həyatımın Parçası
Saybu Swag & OGB & Kazım Can - Oğru
Sibel Can - Ölürüm
Vüqar Biləcəri - Qoyublar Sənin Üçün - Remix
Ayxan Dəniz - Nu Paqadi
Afshin Azari - Ona Deyin
Misha Xramovi - Gaichite