"Prezidentimizə güvənirdik ki, oğlumuzu düşmən əsirliyində qoymayacaq".

"Unikal" xəbər verir ki, bunu erməni əsirliyindən azad olunan Aqşin Bəbirovun atası Qabil Bəbirov deyib. 

"Çox sevinirik. Balam bu gün azad olunub. Sərhədi keçib, Azərbaycandadır. Buna görə hamımız sevinirik. Cənab Prezidentimizə təşəkkür edirik. Prezidentimizə güvənirdik ki, oğlumuzu düşmən əsirliyində qoymayacaq, gec-tez olsa da, balalarımızı düşmən əlindən azad edəcək", - deyə Aqşinin atası söyləyib.