Yaponiya Nazirlər Kabinetinin baş katibi və hökumətin ikinci komandiri Hirokazu Matsuno hakim Liberal Demokrat Partiyası (LDP) üçün siyasi ianələrin toplanması zamanı maliyyə hesabatlarının pozulması ilə bağlı qalmaqaldan sonra istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə onun özü mətbuat konfransında açıqlayıb. 

"Mən baş nazir Fumio Kisidaya hökumətin baş katibi vəzifəsindən istefa vermək istədiyimi bildirdim və istefa verdim", - deyə baş katib bildirib. 

Qalmaqal bir neçə fraksiyanı, əsasən mərhum keçmiş baş nazir Şinzo Abenin ən böyük partiyadaxili qrupunu əhatə edir.

Bundan əvvəl Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Yasutoşi Nişimura, Kənd Təsərrüfatı Departamentinin rəhbəri İçiro Miyaşita və İnzibati işlər naziri Junji Suzuki də istefa ərizələrini təqdim ediblər.

Ağarza Elçinoğlu