Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılır. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.