ABŞ-ın “İnter Mayami” klubunun  hücumçusu Lionel Messi , fransalı PSJ-nin hücumçusu Kilian Mbappe və ingilis “Mançester Siti”nin hücumçusu Erlinq Haaland 2023-cü ilin ən yaxşı futbolçusu adı uğrunda mübarizə aparır.

"Unikal" xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. 

2022-ci ilin dekabrında Messi Argentina millisi ilə dünya çempionu olub. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında  hücumçu yeddi oyunda yeddi qol vurub, onlardan dördü penaltidən olub. Finalda Fransa ilə görüşdə dubla imza atıb . Fransa millisinin heyətində dünya çempionatında çıxış edən Mbappe het-trik edib.

Haaland 2022/23 mövsümü üçün Çempionlar Liqasının qalibi olub. Final görüşündə “şəhərlilər” İtaliya “İnter”ini darmadağın edib. Görüş 1:0 hesabı ilə başa çatıb.

Qadın futbolunun ən yaxşı oyunçusu mükafatına namizədlər arasında meksikalı “Paçuka”dan Cennifer Hermoso , “Barselona”dan Aitana Bonmati və “Real Madrid”dən Linda Kaysedo var.