Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib. Goranboy rayon sakini 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Anaya və onun övladına dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə ana övladı ilə birlikdə Gəncə şəhərində yaşayan bibisigilə qonaq gəliblər. Elə həmin evin vanna otağında dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov