Berlində radikal HƏMAS hərəkatının 3 nümayəndəsi saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Saxlanılanlardan ikisinin Livan, digərinin isə Misir vətəndaşlığı var. Daha bir HƏMAS üzvü olduğu iddia edilən Rotterdamda saxlanılıb, onun Hollandiya vətəndaşıdır.

Şübhəlilərdən biri yazdan bəri silah almağa çalışırdı, bu təlimat "Həmas Livandakı aparıcı nümayəndələrindən" gəlib, alman nəşrində qeyd olunur. Almaniya Baş Prokurorluğunun materialında deyilir: “Silahlar Avropadakı yəhudi institutlarına mümkün hücumlar üçün Berlinə çatdırılmalı idi”