Qazaxıstanın Almatı vilayətində beş bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə regional fövqəladə hallar idarəsinin mətbuat xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Almatı şəhərindən 180 kilometr cənub-şərqdə yerləşib.
Təkanların 15 kilometr dərinlikdə baş verdiyi bildirilir.