Ağdaşda evdə istilik sobasında partlayış olub, bir nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Türyançay qəsəbəsində baş verib. Belə ki, yaşayış evində sobada baş verən partlayış zamanı 1983-cü il təvəllüdlü Məmmədov Əşrəf Firidun oğlu yanıq xəsarətləri alıb və o , Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Seymur Əli