Premyer Liqada 17-ci tur davam edir.

"Unikal" xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Səbail" "Qəbələ"ni qəbul edəcək. Matç saat 13:00-da başlayacaq.

Digər görüşdə isə "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gələcək. Bu oyun saat 15:00-da start götürəcək.

15 dekabr (cümə)

13:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev

“ASCO Arena”

15:00. “Araz-Naxçıvan” – “Sabah”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev

“Dalğa Arena”

16 dekabr (şənbə)

18:00. “Turan Tovuz” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev

Tovuz şəhər stadionu

18 dekabr (bazar ertəsi)

20:00. “Qarabağ”– “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu

Tofiq Bəhramov adına Respublika Stadionu.