İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask bölgəsində törədilən terror aktı nəticəsində azı 12 polis əməkdaşı həlak olub, 7-si yaralanıb.
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, hücum dünən gecə yarısı Rusk Bölgəsi Polis İdarəsində baş verib.
Məlumatına görə, hücumu “Ceyş-e-Zalum” qruplaşması həyata keçirib və terrorçuların axtarışı və məhv edilməsi üçün İran təhlükəsizlik qüvvələrinə məxsus helikopterdən istifadə edilib.
***10:52
İranda polis idarəsinə hücum edilib.
"Unikal" "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan qubernatorunun müavini bildirib.
Qeyd olunur ki, hadisə bu gün ölkənin cənub-şərqindəki Rask şəhərində baş verib. Məlumata görə, terrorçular polis idarəsinə hücum edərək 12 polisi öldürüblər.
Seymur Əli