Ağdamda minik avtomobilində yanğın olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, hadisə rayonunun Quzanlı qəsəbəsində baş verib. “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.