Türkiyənin Dənizli şəhərinin Acıpayam rayonunda fəaliyyət göstərən mədənlərdən birində naməlum səbəbdən çökmə baş verib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib.
Hadisə yerinə jandarma, xilasetmə və AFAD qrupları cəlb olunub. Uçqun nəticəsində 3 nəfərin yerin altında qaldığı müəyyən olunub. Bundan sonra qruplar axtarış-xilasetmə əməliyyatına başlayıb. Axtarış nəticəsində mədən mühəndisi Kadir Özer və mədən işçisi Mustafa Karahanın cəsədləri tapılıb. İşçilərdən Rıfat Salman xilas edilərək xəstəxanaya çatdırılıb.
Mövzu ilə bağlı Ədliyyə Naziri Yılmaz Tunç açıqlamasında istintaqın başlandığını bildirib.
Fidan Camal
Denizli Acıpayam ilçemizde meydana gelen maden ocağındaki göçükte hayatını kaybeden vatandaşlarımıza Allah’tan rahmet; ailelerine sabır ve başsağlığı, yaralı vatandaşlarımıza acil şifalar diliyorum.
— Yılmaz TUNÇ (@yilmaztunc) December 14, 2023
Olayla ilgili olarak #adlisoruşturma başlatılmıştır.