Türkiyə milli komandasının futbolçusu Yusuf Yazıcının evində oğurluq olub.
"Unikal" xəbər verir ki, UEFA Avropa Konfrans Liqasında keçirilən “Lill” - “Klaksvik” matçı əsnasında milli futbolçunun evi oğrular tərəfindən qarət edilib.
Yusuf Yazıcının lüks saatları, paltarları və dəyərli əşyaları oğurlanıb.
Xatırladaq ki, 31 dekabr 2019-cu ildə də futbolçunun başına eyni hadisə gəlib. Evinə girən oğrular qiymətli əşyalarla yanaşı Yusifin avtomobilini də oğurlayıblar.