Goranboy sakini dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Qurbanov Elvin Etibar oğlu yaşadığı evdə İran istehsalı olan qaz sobasından yayılan dəm qazından zəhərlənib.

E. Qurbanov xəstəxanaya yerləşdirilib.

 Ehtiram Muradov