ABŞ Ceff Monsonun ABŞ vətəndaşlığını ləğv edib.

"Unikal" xəbər verir ki, qarışıq döyüş növləri üzrə döyüşçü rəsmi bildiriş alıb.

“May ayında ABŞ-ın İstanbuldakı səfirliyinə getdim, vətəndaşlığımdan imtina etmək üçün sənədləri doldurdum, rüsumları ödədim və prosedur çox uzun sürdüyü üçün artıq bunu unutmuşdum. Bildiyimə görə, iki aya yaxın vaxt lazımdır. Bu gün öyrəndim ki, mən artıq ABŞ vətəndaşı deyiləm”, 52 yaşlı Monson müsahibəsində deyib.

2018-ci ildə idmançı Rusiya vətəndaşlığını alıb. 2023-cü ilin sentyabrında “Vahid Rusiya”dan Başqırdıstan Dövlət Məclisinə deputat seçilib.