Mingəçevirdə yaşayış evində yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın nəticəsində 1956-cı il təvəllüdlü Qarayeva Nəzakət Aydın qızına məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin sahəsi 16 kv.m olan yataq otağı əşyaları ilə birlikdə yanğına məruz qalıb.

Yanğının baş verməsinə elektrik naqillərində baş vermiş elektrotexniki qəzanın səbəb olması güman edilir.

*** 20:38

Mingəçevirdə  fərdi evdə  yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə "Bağlar" yaşayış massivində fərdi təsərrüfatlardan birində baş verib.

Əraziyə cəlb olunan FHN-nin yanğınsöndürmə briqadaları alovu lokallaşdıraraq  yanğını söndürüb. Yanğın zamanı zərər çəkən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov